Yeni Zelandiyada günlərdir koronavirusa yoluxma aşkarlanmır

Dünya

06.06.2020 - 21:56

Mayın 22-dən bu yana keçirilən testlərin heç birində pozitiv hal aşkarlanmayıb

 

Yeni Zelandiyada son 15 gündür ki, koronavirusa yoluxma halı qeydə alınmayıb. AYNA xəbər verir ki, bu barədə Yeni Zelandiya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. 

 

Məlumata görə, mayın 22-dən bu yana keçirilən testlərin heç birində pozitiv hal aşkarlanmayıb.

 

Qeyd edək ki, Yeni Zelandiyada bu günə qədər 1504 nəfər virusa yoluxub, 22 nəfər isə dünaysını dəyişib.

Müəllif: Ayna.az