“Yataqxanaların bizə heç bir aidiyyəti yoxdur” – <font color=red> “Qaçqınkom”</font>

Xəbərlər

09.02.2021 - 13:02

Komitə köçkünlərin yataqxana otaqlarını satışa çıxarması xəbərinə münasibət bildirib

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

AYNA-nın xəbərinə görə, “Qaçqınkom”dan bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb: “Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.

Müəllif: Ayna.az