Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb
Yasamal rayonu ərazisində yolu keçən 50-60 yaşlı kişi F.Əliyevin idarə etdiyi mopedlə vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə nəticəsində piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.