Yas mərasimi keçirilməsinin qarşısı alınıb

Xəbərlər

11.04.2021 - 19:51

Mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb ediliblər

 

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Müəllif: Ayna.az