Yaponiyada koronavirus peyvəndinin sınaqlarına başlanılıb

Dünya

30.06.2020 - 17:37

Hər sınaqda 15 nəfərdən ibarət iki qrup təşkil edilib

 

Yaponiyada yeni növ koronavirusa qarşı ilk potensial peyvəndin klinik sınaqlarına başlanılıb. AYNA xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

 

Məlumata görə, “AnGes” şirkəti tərəfindən istehsal olunan DNT peyvəndi “Osaka City” Universitet Xəstəxanasında 30 sağlam insana tətbiq edilib. 

 

İki damaqdaxili peyvənd tətbiq olunduğu hər sınaqda 15 nəfərdən ibarət iki qrup təşkil edilib və bir qrupa daha çox doza verilib. Sınaqların isə səkkiz həftə izləniləcəyi vurğulanıb.

 

Peyvəndin təhlükəsizliyi ilk mərhələ testlərində müəyyən edildiyi təqdirdə, “AnGes”in sınaq dövriyyəsini 400-ə qaldıracağı qeyd olunub. 

 

Bununla da Yaponiyada potensial ilk COVID-19 vaksininin 2021-ci ilin payızına qədər tətbiqi üçün hökumətin razılığını almaqla kütləvi istehsala başlamaq məqsədi daşınıldığı əlavə edilib.

Müəllif: Ayna.az