YAP Mərkəzi Aparatının rəhbəri kollektivə təqdim olunub

Xəbərlər

09.03.2021 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Tahir Budaqov partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub. Bu barədə AYNA-ya YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, YAP sədrinin müavini Əli Əhmədov partiyasının martın 5-də keçirilən VII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından bəhs edərək, partiyanın strukturunda da ciddi dəyişikliklərin olunduğunu diqqətə çatdırıb.

 

Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Ədalət Vəliyev çıxışında ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatların həyata keçirildiyini və bu islahatların siyasi sferanı da əhatə etdiyini diqqətə çatdırıb. Ədalət Vəliyevin sözlərinə görə, YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar da bu islahatların tərkib hissəsi hesab olunmalıdır.

 

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun fəaliyyətinin Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyən Ədalət Vəliyev qeyd edib ki, Tahir Budaqov uzun illərdir həm siyasi, həm də dövlət orqanlarında uğurla fəaliyyət göstərir.

 

YAP-ın sədr müavini - Mərkəzi Aparatın rəhbəri T.Budaqov göstərilən böyük etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağını, partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş