Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır

Xəbərlər

12.05.2020 - 11:28

cedabet dərman SEO Xidməti

Abituriyentlər iyunun 5-dək DİM-in saytında qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər

 

Bu gündən etibarən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır. Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin saytında (dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər.

 

Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.

 

Qəbulla bağlı əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş