Xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Xəbərlər

01.02.2021 - 00:05

Restoran, kafe, çay evlərində, bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilir

 

Bu gündən etibarən Azərbaycanda restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilir.

 

AYNA xəbər verir ki, bu, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarında əksini tapıb. Bu gündən tələb olunan qaydalar çərçivəsində iaşə müəssisələri fəaliyyət göstərəcəklər.

 

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

 

Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Müəllif: Ayna.az