Nazir müavini anbarların istifadəyə veriləcəyi tarixi açıqlayıb
Gələn ildən “Xudafərin” və “Qız Qalası” su anbarlarının istifadəyə verilməsi planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir: “Növbəti il anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Araz çayı üzərində və İranla sərhəddə yerləşdiyi üçün Azərbaycan və İran tərəfindən birlikdə istifadə olunacaq”.
Nazir müavini vurğulayıb ki, hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq.