Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları reyd keçiriblər

Xəbərlər

08.03.2021 - 11:36

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

 

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Qeyd edilib ki, növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı iki ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8 050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az