Xocalıda sahibkarlarla görüş keçirilib

Xəbərlər

24.06.2025 - 23:16

cedabet dərman SEO Xidməti

Vergi və gömrük imtiyazları barədə ətraflı məlumat verilib

İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəşt və stimullar barədə məlumatlılıq səviyyəsinin artırılması və könüllü vergi ödənişinin təşviqi məqsədilə Xocalı rayonunda sahibkarlarla görüş keçirilib.

Dövlət Vergi Xidmətindən AYNA.AZ-a bildirilib ki, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Sahibkarlara işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən vergi və gömrük imtiyazları barədə ətraflı məlumat verilib.

Vergiödəyicilərinin və obyektlərin vergi uçotuna alınmasına dair qaydalar izah olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş