Xırdalanın bir hissəsinə suyun verilməsində fasilə yaranıb

Xəbərlər

03.12.2020 - 12:11

Suyun verilməsi günün ikinci yarısında bərpa olunacaq

 

Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. “Azərsu” ASC-dən AYNA-ya verilən məlumata görə, baş vermiş qəza su kəmərində yaranan problemlə alaqadərdir.

 

Nəticədə Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb. Suyun verilməsi günün ikinci yarısında bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş