Xırdalanda partlayış olub, xəsarət alan var

Hadisə

09.12.2019 - 12:04

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

 

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

 

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Ayna.az