XİN-dən Müstəqillik Günü münasibətilə paylaşım

Xəbərlər

28.05.2023 - 15:26

Nazirlik xalqı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə Müstəqillik Günü münasibətilə paylaşım edib.

AYNA xəbər verir ki, XİN-in “Twiter” səhifəsində qeyd olunub: “Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Respublikasının yaradılmasının 105-ci ildönümündə xalqımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh və rifah arzu edirik. 28 May - Müstəqillik Günümüz Mübarək!”.

Müəllif: Ayna.az