İbrahim Məmmədov: “Bəzən texniki səbəblərdən gecikmələr olur, ortaya problemlər çıxır”
Belə bir fikir var ki, hər həftə xarici ölkələrdən Azərbayacana çarter reyslər təşkil olunsun. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın bugünkü birifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.
Ukraynadan gələn bilməyən azərbaycanlı tələbələrlə bağlı sualın cavablandıran NK rəsmisi bəzən texniki səbəblərdən gecikmələrin olduğunu və ortaya problemlərin çıxdığını bildirib: “Həmin problemlər buradakı karantin zonalarındakı vəziyyətlə bağlı olur. Təlimatlara görə, gələnlərin arasında koronavirusa yoluxan və şübhəli olanlar varsa, onlar ayrıca otaqlarda yeləşdirməlidirlər. Belə yerlər də olmalıdır ki, gələnləri karantinə qəbul edə bilsinlər”.
“Amma Ukrayndakı həmvətənlərimiz də əmin olsunlar ki, Operativ Qərargah bununla məşğuldur və onların da problemləri müzakirə olunur. Artıq oradan da bir reys təşkil olunmalıdır və bəlkə də bu saatlarda təşkil olunub”, - deyə Məmmədov əlavə edib.