“Düşünməyin ki, bu hökumətlə danışıqlar masası arxasına əyləşsək, hər hansı problem həll olunacaq”
“ABŞ-la danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanları ilə görüşündə deyib.
“Düşünməyin ki, bu hökumətlə danışıqlar masası arxasına əyləşsək, hər hansı problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlar yolu ilə həll olunmayacaq. Niyə? Biz ABŞ və digər ölkələrlə danışıqlar aparırıq. Razılıq əldə olundu, lakin ABŞ-ın hazırkı prezidenti bunu yerinə yetirmədi. Ona görə də, ABŞ-la danışıqların mənası yoxdur”, - İranın Ali Rəhbəri vurğulayıb.
Xamenei əlavə edib ki, “ABŞ-dan təhdidlər gələrsə, İran bunu cavabsız qoymayacaq”.