Vitkoff: “Putin-Tramp dialoqu uğurlu olacaq”

Dünya

19.05.2025 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, Ukraynada sülh yolu ilə nizamlanmanın irəliləməsinə kömək edə bilər”

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən telefon danışığı uğurlu olacaq və “bu, Ukraynada sülh yolu ilə nizamlanmanın irəliləməsinə kömək edə bilər”. AYNA.AZ xəbər verir ki, bu barədə Vitkoff “ABC News”a deyib.

"İnanıram ki, prezidentlər arasında danışıq uğurlu olacaq. Onlar bir-birini tanıyır. Prezidentimiz qərarlıdır və əgər o uğur qazana bilmirsə, heç kim qazana bilməz", - amerikalı siyasətçi qeyd edib.

Vitkoffun fikrincə, bu dialoq Ukraynadakı münaqişənin həlli prosesində “maneələri aradan qaldıra” bilər.

Qeyd edək ki, bu gün Trampla Putin arasında telefon danışığı olacaq. Tramp həmçinin Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş