Vitali Savelyev və Aleksey Overçuk İrana səfər edib

Dünya

23.12.2024 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Baş nazirinin müavinləri İran Prezidenti və nazirlərlə müzakirələr aparacaqlar

Rusiya Baş nazirinin müavinləri - Vitali Savelyev və Aleksey Overçuk İrana birgə işgüzar səfər ediblər. Bu barədə AYNA TASS-a istinadən bildirir.

Qeyd olunub ki, onların işgüzar səfər proqramına İran Prezidenti Məsud Pezeşkianla görüş daxildir. Həmçinin birinci vitse-prezident Məhəmməd Rza Aref və yollar və şəhərsalma naziri Farzaneh Sadeq ilə danışıqlar aparılacaq.

Danışıqlar Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət zonası sazişi, regionda nəqliyyat və logistika əlaqələri, Moskva və Tehran arasında ikitərəfli əməkdaşlığın ayrı-ayrı mövzularını əhatə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş