Vətən müharibəsində yaralanan əsgər 5 ay sonra şəhid olub

Xəbərlər

08.03.2021 - 08:34

Onun həyatının xilas etmək mümkün olmayıb

 

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib.

 

Bu barədə AYNA-ya şəhidimizin qohumu, hüquqşünas Nicat Gözəlov məlumat verib. Bildirib ki, 140 gün koma vəziyyətində olan əsgərimizin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

 

Şəhid əsgər bu gün, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Müəllif: Ayna.az