Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

Xəbərlər

14.07.2021 - 15:55

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir

 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı təqdim olunub.  AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2 907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan yeddi nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

 

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

 

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Ayna.az