Vətən müharibəsi qazisi vəfat edib

Xəbərlər

29.07.2021 - 19:38

Baş leytenant Cahangirli Habil Türkiyədə müalicə olunurdu

 

Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu vəfat edib.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada, müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az