Venesuelada keçirilən konqresdə Qafqazı azərbaycanlı təmsil edib

Xəbərlər

01.07.2021 - 07:23

Konqres çərçivəsində Vətənimiz müxtəlif panel danışıqlarında təmsil olunub

 

Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən “Dünya xalqlarının iki yüzillik konqresi” çərçivəsində Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Qafqazı təmsil edib.

 

AYNA xəbər verir ki, konqresin keçirilməsində məqsəd dünya xalqlarını bir araya toplamaq və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

 

Konqres çərçivəsində Vətənimiz müxtəlif panel danışıqlarında təmsil olunub. Sözügedən konqresin iştirakçısı olan gənclər "Qarabağ Azərbaycandır!” şüarını da səsləndiriblər. O cümlədən, Vətənimizi təmsil edən Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Venesuelanın aparıcı dövlət televiziya kanallarında Azərbaycanla bağlı çıxışlar edib.

 

Çıxışlarda Azərbaycan reallıqları, ölkənin iqtisadi inkişafı, Prezident İlham Əliyevin apardığı siyasi və iqtisadi kursun uğurları, Qarabağ həqiqətləri və Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

 

Eyni zamanda, konqres çərçivəsində Bolivianın, Ekvadorun sabiq prezidentləri- Evo Morales, Rafael Correa və Venesuela Bolivar Respublikasının başçısı Nikolas Maduro ilə görüşlər keçirilib.

 

Qeyd edək ki, konqresdə 120 ölkə təmsilçisi iştirak edib.

Müəllif: Ayna.az