Vaqif Əsədov təqaüdə göndərilib

Xəbərlər

13.06.2022 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib. AYNA xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş