COVID-19 əlehinə vaksinasiya davam edir
Azərbaycanda bu gün 17 623 nəfər vaksinasiya olunub.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 168 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 795 049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 030 831, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 764 218 nəfər təşkil edir.
