Uzun müddətdir axtarılan terrorçu həbs olunub

Dünya

22.04.2020 - 15:54

cedabet dərman SEO Xidməti

Həbs olunan adam illərdir Suriya və İraqda fəaliyyət göstərib

 

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən olan İspaniyada İŞİD-lə bağlı məlumat yayılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İspaniya polisi Almeriya şəhərində İŞİD-in Avropada ən çox axtarılan terrorçularından birini nəzarətə götürdüyü barədə açıqlama verib. 

 

Kimliyi açıqlanmayan, lakin misirli olduğu bildirilən terrorçunun iki nəfərlə birlikdə tutulduğu və həbs olunduğu açıqlanıb: “Həbs olunan adam illərdir Suriya və İraqda fəaliyyət göstərib. Çəkdiyi cinayət xarakterli şəkillərlə isə Avropadakı polis və kəşfiyyat xidmətlərinin diqqətini çəkib”, - deyə İspaniya Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib.

 

İspaniya mətbuatında yer alan xəbərlərə görə, üç nəfərin Şimali Afrikadan gəldiyi və diqqəti cəlb etməmək üçün koronavirus bəhanəsi ilə qoruyucu maskalarla evdən çıxdığı qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş