ÜST: Siqaret ölüm riskini artırır

Dünya

09.05.2020 - 20:43

Həkimlər Klinikalar SEO Xidməti

ÜST siqaret çəkənlərə xəbərdarlıq edib 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ağır Xəstəliklər Proqramının rəhbəri Maria van Kerxove siqaretin koronavirusu daha da ağırlaşdırdığını bildirib. AYNA xəbər verir ki. Kerxove koronavirusun zəifləmiş immunitet sistemi və xroniki xəstəlikləri olan, həmçinin siqaret çəkən insanlarda daha ciddi görüldüyünü açıqlayıb. 

 

ÜST-ün Cenevredə keçirilinə mətbuat konfrasında Fransız həkimlərin “siqaret çəkənlər COVİD-19-a daha tez yoluxur” ifadəsinin yanlış olduğunu bildirsə də, Kerxove əksini iddia edib: “Tütünün zərərini hamımız bilirik. Hər il milyonlarla insan siqaretdən ölür. COVİD-19 tənəffüs xəstəliyidir və siqaret də ağciyərlərə zərər verir. Siqaretin xəstəliyi ağır formada inkişaf etdirdiyini və ölüm riskini artırdığını göstərən araşdırmalar var”.

 

Qeyd edək ki, bu günə qədər 4 milyondan çox adam koronavirusa yoluxub. 275 mindən çox insan isə virusun qurbanı olub.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş