ÜST: Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq

Dünya

01.06.2021 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

ÜST rəsmisi: "Heç bir ölkə aşkarladığı və məlumat verdiyi virusla damğalanmamalıdır"

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gündən yeni növ koronavirusun (COVID-19) ştammlarının adlandırılmasında yunan əlifbasının hərflərindən istifadə edəcək.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu gündən etibarən virusun “Böyük Britaniya ştammı”nı Alfa, “Cənubi Afrika ştammı”nı Beta, “Braziliya ştammı”nı Qamma, “Hindistan ştammı”nı isə Delta hərfləri ilə adlandıracaq.

 

Yeni metodun koronavirus ştamlarının adlarındakı müəyyən stiqmaları silmək məqsədi daşıdığı qeyd edilib.

 

“Heç bir ölkə aşkarladığı və məlumat verdiyi virusla damğalanmamalıdır”, - deyə ÜST rəsmisi Maria Van Kerkhove “Twitter” hesabındakı paylaşımında qeyd edib.

 

Xatırladaq ki, mayın əvvəlində Hindistan hökuməti də virusun ölkə adı olaraq hallandırılmasını tənqid etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş