ÜST-dən koronavirusla bağlı son statistika

Dünya

31.07.2020 - 05:12

Koronavirusdan ölənlərin sayı 662 095-ə çatıb

 

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 253 793 nəfər artaraq 16 812 755-ə yüksəlib.

 

AYNA bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bundan əlavə, son 24 saat ərzində daha 5 999 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 662 095-ə çatıb.

 

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az