Yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın payına düşür
Dünyada son sutka ərzində 461 347 nəfər koronavirusa yoluxub, 10 628 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 167 492 769 yoluxma hadisəsi, 3 482 907 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (230 276) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (122 464) ilə Avropa (49 586) bölüşür.