Universitetlərdə “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis ediləcək

Xəbərlər

29.10.2021 - 16:57

Bu, “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb

Ali təhsil müəssisəsi akademik heyətin mübadiləsi çərçivəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis edə biləcək.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsini tutmaq üçün seçki keçirilməyəcək.

Müəllif: Ayna.az