Fərhan Hak: “Quterreş onun qərarını tamamilə başa düşdüyünü dedi və dərin təssüüf hissi ilə istefa qərarını qəbul etdi"
BMT Uşaq fondunun (UNİCEF) icraçı direktoru Henreitta For istefa vermək barədə qərar qəbul edib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib. O bildirib ki, For istefa qərarı barədə baş katib Antonio Quterreşi məlumatlandırıb.
“Quterreş onun qərarını tamamilə başa düşdüyünü dedi və dərin təssüüf hissi ilə istefa qərarını qəbul etdi”, - deyə Hak bildirib.
Qeyd edək ki, Henreitta For 2018-ci il yanvarın 1-dən UNİCEF-in icraçı direktorudur. Hakın sözlərinə görə, For yerinə təyinat olana qədər vəzifəsinin icrasını davam etdirəcək.