Jurnalist barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib
Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib. AYNA.AZ xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.