Ukraynanın yeni daxili işlər naziri Monastırskin olacaq

Dünya

16.07.2021 - 18:14

271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib

 

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib. AYNA xarici mediaya istinadən bildirir ki, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.

 

271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.

 

Qeyd edək ki, D.Monastırski bu postda Arsen Avakovu əvəzləyəcək.

Müəllif: Ayna.az