Ukraynanın xarici işlər naziri Macarıstanı tənqid etdi

Dünya

23.09.2026 - 11:16

“Macarıstanın qəti şəkildə iştirakdan imtina etməsinin səbəblərini başa düşmürəm”

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Macarıstanın Baş naziri Peter Madyarın son açıqlamalarından təəccübləndiyini bildirib və onları Ukraynaya qarşı "lazımsız qarşıdurma" adlandırıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Macarıstan Parlamentində çıxış edən Madyar ölkənin Ukrayna və regiondakı bir neçə digər ölkə tərəfindən yaradılan “Karpat səkkizliyi” təşəbbüsünə qoşulmayacağını açıqlayıb. Təşəbbüsdə Macarıstan da daxil olmaqla səkkiz ölkənin iştirak edəcəyi iddia edildi, lakin Madyar Budapeştin "mühüm səbəblərə" görə geri çəkildiyini bildirib ki, bu da Kiyev üçün sürpriz olub. Sıbiqa “X” sosial media hesabında yazıb ki, “Macarıstanın qəti şəkildə iştirakdan imtina etməsinin səbəblərini başa düşmür”.

Madyarın digər bir açıqlaması Macarıstanın MOL şirkəti və Ukraynanın “Naftogaz” şirkəti tərəfindən Ukraynanın strateji neft ehtiyatlarının Macarıstanda saxlanması ehtimalı ilə bağlı imzalanmış memorandumla bağlı idi. Baş nazir bildirib ki, onun “Tisza” Partiyası hökuməti Macarıstanda hakimiyyətdə olduğu müddətcə ölkədə Ukrayna üçün neft anbarı olmayacaq. Sıbiqa bu açıqlamanı "praqmatik işgüzar münasibətlərə siyasi müdaxilə" adlandırıb. Ukrayna xarici işlər nazirinin sözlərinə görə, Macarıstan rəhbərliyinin son açıqlamaları "Viktor Orbanın vəzifəsindən getməsinə baxmayaraq, onun maneəçilik və təcridçilik siyasətinin çiçəklənməyə davam etdiyini" düşünməyə əsas verir.

Həm Madyar, həm də Macarıstanın xarici işlər naziri Anita Orban Sıbiqaya cavab olaraq onun “X”dəki paylaşımına şərhlər yazıblar. Macarıstanın Baş naziri yazıb ki, hər hansı bir ölkənin razılığı olmadan beynəlxalq təşkilatın üzvü elan edilməsi tamamilə qəbuledilməzdir. Madyatr bir bənzətmə də edib: "Hey, biz qonşu kənddə futbol komandası yaratmışıq. Bir-birimizi tanımırıq, amma sən komandadasan və topu özünlə aparmalısan".

Anita Orban isə yazıb ki, “yeni Macarıstan hökumətini köhnə hökumətlə müqayisə etmək yersizdir, çünki Madyar hökuməti artıq Ukraynaya doğru bir neçə irəliləyiş əldə edib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş