Ukraynanın daha bir bölgəsində rus dilindən istifadə qadağan edilib

Dünya

06.04.2021 - 14:55

Zaporoji Regional İnzibati Məhkəməsi rus dilinin regional dil statusunu ləğv edib

 

Ukraynanın Zaporoji Regional İnzibati Məhkəməsi rus dilinin regional dil statusunu ləğv edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Dilinin Müdafiəsi üzrə Ombudsman Taras Kremin məlumat verib.

 

Bundan sonra dövlət və bələdiyyə işçilərinin, habelə yerli şuraların deputatlarının iş yerində, sənəd dövriyyəsində və yerli sakinlərlə ünsiyyətdə olduğu zaman rus dilindən istifadə qadağan ediləcək.

 

Ukrayna qanunvericiliyinə görə, milli azlıqların dilinin statusu, bölgədəki əhalinin ən azı on faizi tərəfindən istifadə edildiyi təqdirdə regional dil kimi təsbit edilə bilər. 2014-cü ildən sonra Ukraynanın əksər bölgələrində rus dilinin statusu ilə bağlı yerli qaydalar ləğv edilib.

 

16 iyul 2019-cu ildə Ukraynada ölkənin beşinci Prezidenti Petro Poroşenko hökumət tərəfindən hazırlanmış "Ukrayna dilinin dövlət dili kimi işləməsini təmin etmək haqqında" Qanun imzalayıb. Sənədə görə, Ukrayna dili dövlət və yerli hakimiyyət orqanları, təhsil müəssisələri, xəstəxanalar və xidmət sektoru üçün məcburi olub.

 

Müəllif: Ayna.az