Tələfat vədağıntı olmayıb
Kursk yaxınlığında Ukraynaya məxsus pilotsuz uçu. Aparatı (PUA) vurulub. AYNA xəbər verir ki, bu barədə Kursk vilayətinin başçısı Roman Starovoit öz “Telegram” kanalında bildirib.
“Kurskdan şərqdə Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Hərbçilərimiz hadisə yerindədirlər. Eyni zamanda, xüsusi xidmət orqanlarının nümayəndələri PUA-nın vurulduğu yerə gediblər”, - qubernator bildirib.
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.