Ukraynalı nazir Azərbaycana təşəkkür edib

Xəbərlər

20.11.2024 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

“Bu çətin zamanda Ukraynaya göstərilən humanitar yardıma görə minnətdarlığımı bildirmək mənim üçün böyük şərəfdir”

“Bu çətin zamanda Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycana minnətdarlığımı bildirmək mənim üçün böyük şərəfdir”. AYNA xəbər verir ki, bunu Bakıda keçirilən COP29 sammitində bəyanatla çıxış edən Ukraynanın ətraf mühit və təbii sərvətlər naziri Svetlana Qrinçuk deyib.

Nazir həmçinin vurğulayıb ki, Ukrayna Paris Sazişinə uyğun olaraq müəyyən edilmiş töhfə üzərində işləməyə davam edir və gələn il onu vaxtında təqdim etməyi planlaşdırır. Ukrayna həmçinin investisiya planını təqdim edəcək və bu plana ölkənin yaşıllaşdırılması üçün tədbirlər daxildir.

“Ukrayna meşələri tərəfindən istixana qazlarının udulma potensialı 1,7 milyon ton CO2 azalıb. Təbiət sərhəd tanımır və bu, qonşu ölkələrə və qlobal qida zəncirinə təsir edəcək”, - deyə Svetlana Qrinçuk əlavə edib.

Onun sözlərinə görə, yaşıllaşdırma və meşələrin bərpası proqramı çərçivəsində Ukrayna üç il ərzində 100 milyondan çox ağac əkməyi planlaşdırıb. Hazırda 17 bataqlıq ekosistemi təhlükə altındadır, onların unikal bioloji müxtəlifliyi Ramsar Konvensiyası ilə qorunur.

“Ukrayna qlobal iqlim gündəmini həyata keçirmək öhdəliyinə sadiqdir və artıq 2050-ci ilə qədər emissiyaları sıfıra endirməyi öhdəsinə götürüb. Bunun üçün həm özəl sektordan, həm də hökumətdən ciddi səy tələb olunacaq”, - nazir əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş