Ukraynada külli miqdarda kokain ələ keçirilib

Dünya

09.09.2020 - 16:50

Narkotika gəminin içərisindəki bananla dolu konteynerdə aşkarlanıb

 

Ukrayna polisi külli miqdarda kokain ələ keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, narkotik maddə sərhədçilər tərəfindən Ekvadordan gələn gəminin içərisindəki bananla dolu konteynerdə aşkarlanıb.

 

17 milyon dollar dəyərində olan kokainin ümumi çəkisi 112 kiloqramdan artıqdır. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Müəllif: Ayna.az