Ukraynada koronavirusa yoluxanların sayı artdı

Dünya

03.05.2020 - 14:07

Son sutka ərzində virusdan 9 nəfər ölüb

 

Ukraynada son sutkada 502 nəfər koronavirusa tutulub. AYNA-nın xarici mətbuata istinadən xəbərinə görə, Ukraynanın Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 11 min 913 nəfərə çatıb.

 

Ölkədə son sutka ərzində koronavirusdan 9 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 287 nəfər olub. Yoluxanlardan 1550 nəfəri müalicə olunaraq evə buraxılıblar.

 

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Müəllif: Ayna.az