Ukraynada koronavirusa yoluxanların sayı 28 minə yaxınlaşır

Dünya

09.06.2020 - 11:36

Yoluxanlardan 12 min 54-ü müalicə olunaraq evə buraxılıb

 

Ukraynada son sutkada koronavirusa 394 yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalıb. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir.

 

Ukraynanın Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 27 min 856 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 810 nəfərdir. Yoluxanlardan 12 min 54-ü müalicə olunaraq evə buraxılıb.

 

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar