Ukrayna və Rusiya arasında hərbi əsir mübadiləsi: “103-ə 103”

Dünya

20.08.2026 - 09:46

"Biz bütün insanlarımızı evə qaytarmaq üçün əlimizdən gələni edirik"

“Rusiya əsirliyindən 103 Ukrayna hərbçisi geri qaytarılır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb.

Prezident əsgərlərin Ukrayna Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyasının üzvləri olduğunu bildirib.

Zelenski qeyd edib ki, azad edilənlər arasında Mariupolda, eləcə də Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və Sumı istiqamətlərində döyüşlərdə iştirak edən hərbçilər var.

"Biz bütün insanlarımızı evə qaytarmaq üçün əlimizdən gələni edirik", - deyə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi də “103-ə 103” əsir mübadiləsini təsdiqləyib. Nazirliyin “Telegram”dakı paylaşımında bildirilib: "Rusiya hərbçiləri hazırda Belarusdadır və İnsan Hüquqları üzrə Komissar Yana Lantratova onlarla işləyir".

Nazirlik əlavə edib ki, psixoloji və tibbi yardım aldıqdan sonra onlar Müdafiə Nazirliyinin xəstəxanalarında reabilitasiya üçün Rusiyaya gətiriləcəklər.

Açıqlamada həmçinin Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik səyləri qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş