Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarının hansı halda bərpa oluna biləcəyini açıqlayıb

Xəbərlər

18.06.2022 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

David Araxamia: İlk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır

“Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”. AYNA UNIAN-a istinadən xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər. Deputatın sözlərinə görə, ilk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır: “Bundan sonra bütün suveren ərazilərin, o cümlədən Krım, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş