Zaporojye, Xerson və Dnepropetrovsk vilayətində vəziyyət olduqca gərgindir
Ukraynada müharibə davam edir. AYNA "Baku" TV-yə istinadən bildirir ki, Zaporojye, Xerson və Dnepropetrovsk vilayətində vəziyyət olduqca gərgindir.
“Rusiya ordusu Zaporojyedə gedən döyüşlərdə Avropada istifadəsi qadağan olunan “Buratino” raketlərindən istifadə edir”, - deyə jurnalist əlavə edib.
Həmçinin bildirilib ki, Ukrayna ordusu Avdiyevka, Baxmut istiqamətində yenidən hücuma keçib. Baxmut şəhərinə daxil ola bilməsələr də, şəhərin ətrafındakı strateji yüksəklikləri tamamilə ələ keçiriblər.