Ukrayna Donbassda “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib

Dünya

27.10.2021 - 06:24

“Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbassda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.

AYNA APA-ya istinadən bildirir ki, bu barədə Baş Qərargahın Mətbuat Mərkəzi “Facebook”da yazıb.

“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az