“Bizim qaz anbarlarımızda qalan ümumi həcmin 10 faizidir”
Ukrayna anbarlarında qaz ehtiyatları tarixi minimuma çatıb - ümumi həcmin təxminən 10 faizinə. AYNA xəbər verir ki, bu barədə Ukraynanın Kommunal Təsərrüfat İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenko deyib.
“Bizim qaz anbarlarımızda qalan ümumi həcmin 10 faizidir ki, bu, həqiqətən də tarixi minimumdur”, deyə bildirib.
Onun sözlərinə görə, “Naftoqaz” qazı 300 dollara ala bilərdi, amma bunu etməyib və indi onu 550-600 dollara almağa məcbur olacaq.
Popenko əlavə edib ki, “Naftoqaz”ın hərəkətsizliyi ucbatından Ukrayna çoxlu vəsait xərcləməlidir.
Popenko bildirib kik, istilik təchizatının məhdudlaşdırıla biləcəyi istisna deyil.