Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb

Dünya

09.03.2021 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

İŞİD terror qruplaşmasına məxsus həmin şəxs təhlükəli terrorçu kimi axtarışdadır

 

Türkiyəyə Suriyadan qanunsuz yolla keçmək istəyən 11 nəfər Hatayda saxlanılıb. AYNA xəbər verir ki, onlar arasında terrorçu da olub.

 

Ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, saxlanılan şəxslərdən biri İŞİD terror qruplaşmasına məxsusdur və təhlükəli terrorçu kimi axtarışdadır.

 

Terrorçunun şəxsiyyəti barədə hələlik məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş