Türkiyənin turizm naziri Ərdoğana istefa ərizəsi verib - İDDİA

Dünya

29.01.2025 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Mehmet Nuri Ersoyun fevralda vəzifəsini tərk edəcəyi gözlənilir

Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy Kartalkaya dağ-xizək mərkəzində baş vermiş güclü yanğından sonra istefa ərizəsini Prezident Rəsəb Tayyib Ərdoğana təqdim edib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Nefes” qəzeti yazıb.  

Məlumatda qeyd olunub ki, Prezident nazirin istefanı qəbul etməyib, lakin nazirin fevralda istefa verəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Ersoy faciə günü, yanvarın 21-də keçirilən kabinet iclasında istefasını istəyib. Cavab olaraq bildirilib ki, fevralda hökumətin tərkibində dəyişikliklər nəzərdə tutulub. Yeddi nazirin dəyişdirilə biləcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş