Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

Siyasət

30.11.2020 - 21:42

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: "Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk"

 

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb. Bu barədə AYNA Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.


"Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - deyə Müdafiə Nazirliyində bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş