Türkiyədə zəlzələ olub

Dünya

09.11.2021 - 00:27

Təbii hadisə zamanı yaşayışın olmadığı 2 bina dağılıb

Türkiyədə zəlzələ baş verib. Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də Konyada, Meram ərazisində 5,1 bal gücündə qeydə alınıb. Ölkənin Səhiyyə naziri Faxrettin Koca bildirib ki, zəlzələ zamanı bir nəfər xəsarət alıb. Nazirin sözlərinə görə, təbii hadisə zamanı həmçinin yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.

Müəllif: Ayna.az