Türkiyədə yanğın zamanı 150 illik malikanə kül olub

Dünya

23.02.2025 - 16:48

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınsöndürən qruplarının müdaxiləsi nəticəsində yanğın söndürülüb

Türkiyənin Karabükün Safranbolu bölgəsində yerləşən İsmetpaşa məhəlləsində, Recep Özkana məxsus 150 illik tarixi iki mərtəbəli malikanədə naməlum səbəbdən yanğın baş verib.

AYNA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Hadisə yerinə çağırılan yanğınsöndürən qruplarının müdaxiləsi nəticəsində yanğın söndürülüb, lakin tarixi bina istifadəyə yararsız hala düşüb.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş